Modern.az

BMT 20 milyon insanın aclıq təhlükəsində olduğunu açıqladı

BMT 20 milyon insanın aclıq təhlükəsində olduğunu açıqladı

24 Aprel 2017, 23:40

“Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə bir açıqlama ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva çıxış edib.

BMT rəsmisi vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər: "Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır. Təqribən 20 milyon nəfər növbəti 6 ay ərzində aclıqdan ölə bilər".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır