Modern.az

“Ağ atlı Avropa” işığa çıxdı

“Ağ atlı Avropa” işığa çıxdı

19 Aprel 2011, 16:35

Gənc yazar, “Demokrat” qəzetinin redaktoru və köşə yazarı Xuraman Hüseynzadənin “Ağ atlı Avropa” adlı yeni-dördüncü kitabı işıq üzü görüb. Kitab “Qanun” nəşriyyatında, “Ən yeni ədəbiyyat” seriyasında işıq üzü görüb.
“Ağ atlı Avropa”da X.Hüseynzadənin əsasən  son zamanlar qələmə aldığı şeirlər yer alıb. Bu şeirlərdə daha çox bu günümüzün ictimai-siyasi durumu bədii həllini tapır.  İnanırıq ki, “Mən bir çinar ağacıyam Heydər parkında”, “Neft rəngli qan”, “Ağ atlı Avropa”, “Gedək burdan”, “Şəhərin yası” və digər belə siyasi məzmunlu şeirlər tək ölkənin siyasi durumunu əks etdirdiyi üçün yox, həm də yüksək bədii zövqün təcəssümü kimi oxucuların diqqətini çəkəcək. “Ağ atlı Avropa”nı şəhərin bütün kitab mağazalarından əldə etmək mümkündür.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub