Modern.az

ABŞ-dan 271 suriyalı alimə qadağa

ABŞ-dan 271 suriyalı alimə qadağa

24 Aprel 2017, 23:58

Birləşmiş Ştatlar İdlib şəhərinə "kimyəvi hücum"a görə Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib. Modern.az "Report"a istinadən  xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qadağalar Suriya ordusunun Xan-Şeyxun yaşayış məntəqəsində "tətbiq etdiyi kimyəvi silah"ın istehsal olunduğu elmi-tədqiqat mərkəzinin 271 əməkdaşına şamil edilib.

İdlib şəhərinə "kimyəvi hücum" aprelin 4-də baş verib. Hadisədə Suriya hökuməti ittiham olunsa da, bununla bağlı heç bir dəlil gətirilməyib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi