Modern.az

Ermənilərin puça çıxan arzusu

Ermənilərin puça çıxan arzusu

Aktual

25 Aprel 2017, 11:11

Ötən gün Gürcüstanda yaşayan ermənilər qondarma soyqırımının 102 illiyini Gürcüstanda, Türkiyə səfirliyi qarşısında qeyd etdilər. Bu barədə az sonra.

 

Ermənilər əvvəlcə aksiya üçün Tbilisi meriyasına müraciət etdilər. Əvvəlki illərdən fərqli olaraq, meriya onlara Türkiyə səfirliyi qarşısında nəqliyyatın hərəkətinə mane olduqları üçün aksiya keçirməyə icazə vermədi.

Qeyd edək ki, Gürcüstan Konstitusiyasına görə, istənilən dinc aksiyanı (dövlətçiliyə təhlükə törətməyəcəyi təqdirdə) keçirmək üçün hakimiyyət orqanlarının icazəsi gərək deyil. Sadəcə, yerli idarəetmə orqanlarını tədbirin vaxtı və yeri barədə şifahi və yaxud yazılı xəbərdar etmək kifayət edir. Lakin görünür, rəsmi orqanlar ermənilərin bu kimi şou xarakterli tədbirlərini ölkə üçün təhlükə gördüyündən, keçirilməsinə icazə verməyib. Tbilisi meriyası erməni icmasına göndərdiyi yazılı məktubda onlara Türkiyə səfirliyinə yaxın durmamağı tövsiyə edib.  Beləcə yürüş arzuları gözlərində qalan ermənilər həmişəki kimi hay-küy taktikasına keçdilər. Bunun da fayda vermədiyini görüb, səfirliyin qarşısında aksiya keçirməyə razılaşdılar.

 

Ötən illərlə müqayisədə bu il aksiyaya cəmi 250-300 erməni qatılmışdı. Avtobuslarla səfirliyin yaxınlığına gətirilən ermənilərin əksəriyyyəti isə yeniyetmə və uşaqlar idi. Öyrəndik ki, bu uşaqlar Tbilisidəki erməni məktəbinin şagirdləridir.


Ənənəvi olaaraq Türkiyə əleyhinə şüarlar səsləndirən ermənilər burada da əsl mahiyyətlərini ortaya qoydular. Aksiyada Ermənistan bayraqları ilə yanaşı PKK terror təşkilatının da bayraqları qaldırıldı.

 

Aksiya polis tərəfindən nəzarətdə saxlanılırdı.

 

Aksiyadan əvvəlcədən xəbərdar olan Gürcüstanda təhsil alan tələbələr səfirliyin qarşısına yığıldılar. Onlara xeyli azərbaycanlı tələbə də dəstək olurdu. Dəstək olanlar arasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da vardı.

 

Xəbər.ge-yə danışan Azər Süleymanov bildirdi ki, məqsədi ermənilərin Türkiyə və Azərbaycana qarşı təxribata yol verməsinin qarşısını almaqdır.

 

“Əgər ermənilər Türkiyə və Azərbaycan bayraqlarını yandırmağa cəhd göstərsələr qarşını alacağıq. Ermənilərin istənilən təxribatının cavabını verəcəyik. Bu barədə artıq rəsmi orqanlara xəbərdarlıq etmişəm. Biz heç kimdən qorxmuruq. Gürcüstan Türkiyə və Azərbaycanla qardaş ölkədir. Üçüncü qüvvələr bu qardaşlığa zərbə vura bilməz. Türkiyə və Azərbaycanın yanındayıq”.

 

Qeyd edək ki, Gürcüstan parlamentində ilk dəfə erməni deputatların qondarma soyqırımla bağlı ənənəvi illik çıxışları baş tutmayıb. Azər Süleymanovun sözlərinə görə, erməni deputatların çıxış edəcəyi təqdirdə onların cavabını verməyə hazır olub.

Hətta parlamentə keçmiş erməni deputatlar belə toplanıb. Onların məqsədi hazırki deputatlara dəstək vermək olub.

Sadəcə hakim partiyada təmsil olunan erməni deputatlar son anda çıxışda imtina ediblər. Bu isə Gürcüstanda yaşayan ermənilərin qəzəbinə səbəb olub. Ermənilər deputat Samvel Manukyanın avtomobillərini yandıraraq, ondan qisas alıblar. Gürcüstan mediasına danışan Manukyan da dolayısı yolla avtomobilinin ermənilər tərəfindən yandırıldığını təstiqləyib.

 

“Baş verən hadisə mənim sahibkarlıq fəaliyyətim ilə bağlı deyil. “Bu, mənim siyasi fəaliyyətimlə əlaqədardır. Baxaq, polis necə araşdırma aparacaq və nə aydınlaşdıracaq”.

 

Beləliklə bu il ermənilərin qondarma soyqırımı təntənəli qeyd etmək arzuları gözündə qalıb. Bu gün isə Gürcüstan erməni icması bütün günahları Gürcüstan hökmüətinin üzərinə atır. Ermənilər onlara təzyiq olunduğunu və aksiyaya buna görə də az adamın qatıldığını deyir. Erməni mediası isə ötən ilki şəkilləri yaymaqla oxucularını aldadır.

Amma fakt göz qabağındadır. Bu yalanlara artıq ermənilərin özləri də inanmır.

 

Amil Hacıyev
Gürcüstan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?