26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Yol polisi: Sürücülər piyadalardan daha məsuliyyətlidirlər
Yol polisi: Sürücülər piyadalardan daha məsuliyyətlidirlər
25.04.2017, 11:47

2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 162 nəfər həlak olub, 411 nəfər yaralanıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, həlak olanların sayı 19 nəfər (13,8%) artıb, yaralananların sayı isə 42 nəfər (9,3%) azalıb.

Baş Dövlət Yol Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 44 nəfər həlak olub, 134 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalıb, həlak olanların sayı 13 nəfər (41,9 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələri zamanı 195 piyada vurulub. Nəticədə 66 piyada həlak olub, 145-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə həlak olub, 46 nəfər yaralanıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 2 nəfər azalıb, yaralananların sayı isə 11 nəfər artıb.

“Hər gün piyada ölümü qeydə alınır”

 

Respublika Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, bu ilin 3 ayı ərzində qeydə alınana ümumi qəzaların 47, 9 faizi piyadaların vurulması ilə bağlı olub:

“Sürücülər sürücülük vəsiqəsinin məhdudlaşdırılması halı olduğundan daha məsuliyyətlidirlər. Piyadalar isə əksinə, düşünür ki, uzağı 20 manatlıq cərimə olunacaqlar. Amma bəzi hallarda qadağan olunmuş yollardan keçmək onların həyatı bahasına başa gəlir. Bu baxımdan mövzuya daha çox yer ayırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ailə başçılarımız, gənclərimiz, azyaşlılar, ahıllar yol qəzalarında dünyasını dəyişir. Mütəmadi olaraq maarifləndirmə, təbliğat işlərinin aparılmasına baxmayaraq, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hələ də kütləvi xarakter daşıyır. Hər gün də piyadaların vurulması ilə bağlı qəzalar baş verir. Çox sayda yeraltı, yerüstü keçidlər olsa da, vətəndaşlar həyatlarını təhlükə altına atırlar. İstər şəhər mərkəzində, istər şəhər kənarlarında, hətta rayonlararası sürət həddinin yüksək olduğu yollarda belə, piyadalar qanunla qadağan olunmuş yerlərdə yol keçir. Nəticədə zərərçəkən də özləri olur”.

Yol polisi yoxsa “piyada polisi”?...

 

K.Əliyev bildirib ki, nizamlanmayan (işıqfor olmayan) piyada keçidlərində yol polisi əməkdaşlarının xidmət aparmasına da münasibət bildirib:

“Nizamlanmayan piyada keçidlərində piyadalar hərəkət üstünlüyünə malikdir. Nəqliyyatın daha intensiv hissələrində bir neçə piyadanın pərakəndə şəkildə qarşıya, yaxud eyni istiqamətdə keçməsi çox böyük sıxlıqlara gətirib çıxarır. Bu səbəbdən də nəqliyyatın intensiv vaxtlarında piyadalar yol polisi əməkdaşları tərəfindən ləngidilir ki, nəqliyyat axını dayanmasın. Bir küçədə ardı-arası kəsilmədən piyada hərəkəti çox böyük sıxlığa səbəb ola bilər. Ona görə də çalışılır ki, əksər yerlərdə nizamlanan piyada keçidləri olsun. Keçidlərin nizamlanmayan olması səbəbindən yol polisi tərəfindən yönləndirilir”.

 

“Piyada baş verə biləcəklərə cavabdehdir”

 

K.Əliyevin sözlərinə görə, ölüm və xəsarətlə nəticələnən qəzalar araşdırılır:

“Nəticədə sürücünün yoxsa piyadanın təqsirkar olması müəyyənləşir. Bəzi hallarda hadisə piyadanın təqsirindən baş verdiyindən sürücüyə bəraət verilir. Bu vaxt piyadanın yaxınları bir çox yüksək instansiyalara müraciət edirlər, bəzən məhkəmənin qərarı ilə razılaşmırlar. Belə əsassız müraciətlər də olmamalıdır. Piyadanın öz hüquqları olduğu kimi, vəzifələri də var. Hüquqlarından istifadə edən şəxslər, vəzifələrini də icra etməlidirlər. Sürətli yolda qadağan olunmuş ərazidən keçən piyada baş verə biləcək qəzanın məsuliyyətini öz üzərinə götürməlidir. Bilməlidir ki, bu yolda avtomobil onu vuracaqsa, təqsirkar və zərərçəkən özü olacaq”.

 

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində piyadalar və digər hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələr aşağıdakılardır:

 

338. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması;

338.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.1.2. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;

338.1.3. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə - iyirmi manat məbləğində cərimə edilir.

338.2. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə - iyirmi manat məbləğində cərimə edilir.

338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə - otuz manat məbləğində cərimə edilir.

338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;

338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;

338.4.5. nasaz velosipeddən istifadə etməyə;

338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına;

338.4.7. keçid üstünlüyü hüququna malik olan olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - qırx manat məbləğində cərimə edilir.

338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;

338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə;

338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;

338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;

338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir.

338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə - yetmiş manat məbləğində cərimə edilir.

338.7. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 18:37

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

26.06.2017, 18:11

“Mən Azərbaycanlıyam” demək haqqı...

26.06.2017, 17:24

Azərbaycanlı deputatdan AŞPA-da Ermənistana sərt tənqid..

26.06.2017, 16:44

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

26.06.2017, 16:40

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26.06.2017, 16:32

Rusiyanın məşhur yazıçısı: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

26.06.2017, 15:32

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

26.06.2017, 15:25

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26.06.2017, 15:03

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

26.06.2017, 14:52

Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR

26.06.2017, 14:50

Bakıdakı parkda taekvondo dərsi olub

26.06.2017, 14:20

Moskva-Bakı təyyarəsində QALMAQAL - Azərbaycanlı sərnişinlərə erməni yeməyi təklif olundu - VİDEO

26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Füzulidə şəhid ailələri, Qarabağ əlilləri üçün iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.25%)
- Dənizə gedə bilmirik(20.3%)
- Səhhətimizə mənfi təsir edir(18.5%)
- Əhvalım xoşallanır(11.1%)
- Məhsul qıtlığı yaranır(14.8%)
- Təsərrüfatıma ziyan dəyir(3.70%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.2%)