Modern.az

Tovuzda Sığorta İdarəsinin xanım müdirini öldürən mühasib tutuldu

Tovuzda Sığorta İdarəsinin xanım müdirini öldürən mühasib tutuldu

25 Aprel 2017, 12:00

Aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov RPŞ-yə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmadığını  bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir