Modern.az

Allahşükür Paşazadə Finlandiyaya gedir

Allahşükür Paşazadə Finlandiyaya gedir

Aktual

25 Aprel 2017, 12:17

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.

 

Modern.az xəbər verir ki, səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək «Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir. Azərbaycan Respublikasının Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. PaşazadəFinlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya Xarici İşlər Nazirinin müavini cənab Samuli Virtanen, Finlandiya Parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın Təhsil və Mədəniyyət Nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək..

Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.

 

Modern.az 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı