Modern.az

Azərbaycan XİN-dən “İndependent”ə ETİRAZ

Azərbaycan XİN-dən “İndependent”ə ETİRAZ

Aktual

25 Aprel 2017, 12:21

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İndependent qəzetində 20 aprel tarixində dərc edilmiş “Dağlıq Qarabağ Respublikasında futbol və ümid- unudulmuş region FİFA-nın sanksiyalarına qarşı” adlı məqaləyə etiraz olaraq cavab məqaləsi çap etdirib.


Modern.az xəbər verir ki, cavab məqaləsində H.Hacıyev sözegedən məqalədə regiondakı real vəziyyətin təhrif olunduğunu bildirərək idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib. O bildirib ki, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərinə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin işıqlandırılması ədalətli və obyektiv jurnalizm prinsiplərinə uyğun gəlmir.

XİN rəsmisi yazıb:

“Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib və işğal olunmuş ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistanın işğalı pislənilir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

Ermənistanın işğalı nəticəsində Qarabağ klubu bəlkə də dünyada yeganə futbul klubudur ki öz doğma şəhərindən kənarda sığınacaq tapıb. Məqalənin müəllifinin Qarabağ futbol klubunu Azərbaycan üçün siyasi şahmat adlandırmasi yanlışdır.

“Biz ümid edirik ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları Qarabağ futbol klubunun oyunlarını izləyəcəklər”. 

 

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir