Modern.az

Daşkəsəndə Serbiya istehsalı əl qumbarası zərərsizləşdirib

Daşkəsəndə Serbiya istehsalı əl qumbarası zərərsizləşdirib

Aktual

25 Aprel 2017, 12:58

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Daşkəsən rayonunda aşkar olunan Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, rayon polis şöbəsinin silah anbarından 1 ədəd Serbiya Respublikasının istehsalı olan M-75 modelli əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar -25 apreldə Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 134 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 10 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

2 295 483 kv.m ərazi (547 629 kv.m əl ilə, 665 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 969 454 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!