Modern.az

Milli Məclisdə hostellərlə bağlı mübahisə düşdü

Milli Məclisdə hostellərlə bağlı mübahisə düşdü

25 Aprel 2017, 13:01

Milli Məclisdə bu gün keçirilən iclasında Mənzil Məcəlləsinə təklif edilən müvafiq dəyişikliklər müzakirələrə səbəb olub.

 

Modern.az xəbər verir ki, deputat Asim Mollazadə yaşayış mənzillərinin hostel və otel kimi istifadə edilməsinin əleyhinə olduğunu bildirib.

 

“Bu, dünya praktikasına ziddir. Biz bununla vətəndaşların hüquqlarını kobud sürətdə pozmuş oluruq. Çünki bununla vətəndaşların rahat yaşayış tərzinə mane oluruq. Dünyada belə bir prakatika yoxdur. Bu məsələyə yenidən baxmaq lazımdır”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının sözlərinə reaksiya verib.

 

O bildirib ki, Asim Mollazadənin dedikləri yanlışdır.

 

“Dünyada yetərincə belə faktlar var. Hətta Avropa ölkələrində evlər və mənzillərin otel kimi istifadə edilməsi praktikası var. Hesab ediərm ki, Azərbaycanda da belə bir praktikanın tətbiq edilməsi turizmin inkişafına təkan verməklə yanaşı bürokratik əngəlləri də aradan qaldaracaq. Eyni zamanda vətəndaşların rifah halının yaxşılaşmasına təsir edəcək”.

 

Spiker Oqtay Əsədov da Hadi Rəcəblinin fikrini dəstəkləyib. O qeyd edib ki, Türkiyədə 35- 40 min əhalisi olan şəhərlərdə 10-15 min çarpayılıq otellər olur:

 

“Ancaq ayda 100 minlərlə insan bu şəhərlərdə istirahət edir, əgər mənzil turizmi olmazsa, bunu heç cür qarşılamaq olmaz”.

 

Deputat Əflatun Amaşov isə Gürcüstan praktikasını misal çəkərək qeyd edib ki, təkcə 2016-cı ildə Gürcüstana 6 milyon turist gəlib və bundan 2 milyard gəlir götürülüb.

 

“Gələn turistlərin 70 faizi isə mənzillərdə yaşayıb. Və orada bu sahə inkişaf etdiyinə görə təklif edirəm ki, bizdə də bu sahə inkişaf etsin”.

 

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib. 

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?