Modern.az

Milli Məclisdə “Qara bazar” SƏS-KÜYÜ...

Milli Məclisdə “Qara bazar” SƏS-KÜYÜ...

25 Aprel 2017, 14:02

““Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır".

Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bugünkü iclasında "Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bankların bugünkü siyasəti davam edəcəksə, 21 fevrala (21.02.2015-ci il - ilk devalvasiya) yenidən dönəcəyik.

“Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. "Qara bazar" ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik "qara bazar"ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı "qara bazar"a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, qanina ediləcək dəyişiklik nəticəsində Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq.

Komitə sədri bildirib ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.

Layihə Milli Məclisin səsə qoyularaq qəbul edilib.



 Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu