Modern.az

Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verildi

Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verildi

Aktual

25 Aprel 2017, 14:27

Azərbaycana gözün buynuz qişasının gətirilməsi mümkün olacaq. Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verilir. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.


Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir