Modern.az

Ümumrusiya Azərbaycan Konqresinin məhkəməsi niyə təxirə salındı

Ümumrusiya Azərbaycan Konqresinin məhkəməsi niyə təxirə salındı

25 Aprel 2017, 14:55

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK)  qeydiyyatının ləğv olunması ilə bağlı  bu gün məhkəmə prosesi keçirilib. Lakin məhkəmə prosesində Ədliyyə Nazirliyinin əməkdaşları iştirak etmədiyindən məhkəmə prosesi təxirə salındı. ÜAK-ın növbəti məhkəmə prosesi may ayının 15-nə təyin edilib”.

Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev deyib.

 O bildirib ki, günahkarların tapılması üçün belə daha yaxşıdır.

“Arxivdə olan bütün sənədlər, bu illər ərzində keçirdiyimiz tədbirlər barədə məlumatları məhkəmə icraçılrına  təqdim etdik. Bugünkü məhkəmənin baş tutmamasının əsas səbəbi də sənədlərlə bağlı idi. Çünki sənədləri araşdırmaq lazımdır. Bununla bağlı qarşı tərəf vaxt istədi. Düzgün qərar vermələri üçün bütün sənədlərin bir daha nəzərdən keçirilməsi və  araşdırılması vacibdir. Biz də onların istədiyi bütün tələbləri yerinə yetirməyə hazırıq. Yetər ki, qeydiyyat məsələmiz həll olunsun”

 Qeyd edək ki, ÜAK-ın qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət edib. Bu məsələ Azərbaycanda da ciddi rezonans doğurub.

 

Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir