Modern.az

Ermənistanda mason lojası yaradılır

Ermənistanda mason lojası yaradılır

Aktual

25 Aprel 2017, 15:47

Fransanın Böyük Şərq mason lojasının ali magistrı Kristof Abas müstəqil mason lojası yaratmaq üçün Ermənistan səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Aravot" qəzetinə ali magistrin özü deyib.

 

“Franasa olmuş və mason lojalarını görən erməni dostlarımız  öz ölkələrində də düşüncə və iş mərkəzi olacaq loja yaratmaq arzularını ifadə ediblər”.

 

Abas lojanın hansı tarixdə yaradılacağını deməyib. Böyük Şərq lojası 1773-cü ildə yaradılıb və Fransanın ən qədim lojalarından biri sayılır.

 

Vüqar İSMAYILOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi