Modern.az

Komitə sədri irad bildirdi: xəstələr arasında fərq qoyulmamalıdır

Komitə sədri irad bildirdi: xəstələr arasında fərq qoyulmamalıdır

25 Aprel 2017, 15:57

“Bir çox qanunları biz daha da genişləndirərək cəmiyyətə təqdim edirik. Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

 

Komitə sədri bildirib ki, niyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər  üçün lazım olan orqanları gətirmək  olmaz.

 

“Əgər gətirmək olarsa, biz elə etməliyik ki, hər istiqamət işləsin. Bunu insanlar gözləyir. Biz gözlə ürək arasında fərq qoymamalıyıq. Azərbaycanda gözün buynuz qişasını 3000 insan gözləyir. Amma bəlkə digər orqanları gözləyənlər ondan da çoxdur”.


Komitə sədri bildirib ki, ölkədə dövlətçilik naminə islahatlar aparılır. Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlamant də onlara baxaraq, dəyərləndirir.

 “Valyuta tənzimi haqqında” qanunla da bağlı fikirlərini qeyd edən F.Muradov təəssüflə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihələrindən görünür ki, həmin sənədlər bu qurumun öz səlahiyyətlərini qaldırmaq istiqamətindədir.

“Burda heç kəsin şübhəsi yoxdur ki, biz cənab prezidentə və dövlətə bağlı və sədaqətli insanlarıq.  Biz bütün həyata keçirilən islahatları dəstəkləyirik”.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər