Modern.az

Tramp Azəbaycana və Ermənistana yardımı kəsdi

Tramp Azəbaycana və Ermənistana yardımı kəsdi

Aktual

25 Aprel 2017, 15:58

Ağ Ev 2018-ci il üçün dünya ölkələrinə göstəriləcək maliyyə yardımının miqdarını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 6,2 milyon dolların ayrılması nəzərdə tutulan Qazaxıstan və 3,9 milyon dollar verilməli olan Türkmənistan yardımdan tam məhrum olunacaq.

 

Qırğızıstana yardım 60% azaldılaraq 18 milyon dollar, Tacikistana yardım 47,6% azaldılaraq 17,3 milyon dollar və Özbəkistana yardım isə 4% artırılaraq 9,8 milyon dolar həcmində müəyyən olunub. Ukraynaya 570 milyon dollar əvəzinə 177 milyon dollar, Gürcüstana isə 42 milyon dollar əvəzinə 28 milyon dollar yarıdm ayrılacaq. Azərbaycan, Ermənistan və Belarusa isə ümumiyyətlə, maliyyə yardımı ayrılmayacaq.

 

Ən çox yardım Əfqanıstana (650 milyon dollar) və Pakistana (211 milyon dollar) nəzərdə tutulur.

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi