Modern.az

AŞPA ilə Türkiyə arasından QALMAQAL

AŞPA ilə Türkiyə arasından QALMAQAL

25 Aprel 2017, 17:22

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda bu gün keçirilən iclasında  “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunub.

 

Modern.az-ın məlumatına görə, müzakirə zamanı Türkiyənin monitorinq mərhələsinə qaytarılması barədə qərar verilib. Belə ki, qərarın lehinə 113, əleyhinə isə 45 parlamentari səs verib.

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) isə qərara etiraz edib:

 

Avropa ilə münasibətləri təkrar gözdən keçirmək məcburiyyətində qaldıqların bəyan edib.

 

“AŞPA-nın Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərarı haqsız qərardır və bunu şiddətlə qınayırıq. Verilən qərar FETÖ kimi terror təşkilatlarına xidmət edir”.

 

Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

 

Qeyd edək ki, monitorinq altına alınan ölkələr sırasında  Albaniya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya Federasiyası, Serbiya və Ukrayna da var.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir