28 may 2017, Bazar
Ana Səhifə - ÖLKƏ - “Prezident Administrasiyasının ləğvindən söhbət belə, gedə bilməz” - Yeni qanun ŞƏRH OLUNDU
“Prezident Administrasiyasının ləğvindən söhbət belə, gedə bilməz” - Yeni qanun ŞƏRH OLUNDU
25.04.2017, 17:22

Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna əlavələr edilib. Layihə Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub. Təklif Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün verilib. 

Bəzi xəbər saytları və sosial şəbəkə istifadəçiləri bu qanunla Prezident Administrasiyasının ləğv ediləcəyini anons ediblər.

Məsələ ətrafında yaranmış suallarla bağlı “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib.

“Dövlət qulluğu haqqında" qanuna əlavələri şərh edən  hüquqşünas deyib ki, burada söhbət Prezident Administrasiyasının ləğv edilməsindən getmir:

 

“Prezident Administrasiyası heç bir halda ləğv edilə bilməz. Məntiqlə prezident varsa, onun administrasiyası da olmalıdır, bu məntiqdir. Prezident Administrasiyası konstitusion təsisatdır. Qanunda edilən dəyişikliklə Administrasiyanın ləğv edildiyi fikrini səsləndirlənlərin ya qanundan xəbəri yoxdur, ya hüquqi təchizatlar sistemini başa düşümürlər. Burada hər hansı ziddiyyət yoxdur. Bu idarəetmənin təkmiləşdirilməsi istiqamətində aparılan islahatlardan, referendumdan doğan nəticədir. Burada hüquqi tamamlanma prosesi gedir. Ölkə başçısı hələ referendumdan sonra göstəriş vermişdi ki, 6 ay müddətində müvafiq strukturların yaradılması həyata keçirilsin. Bu da həmin proseslərdir”.

 

Ə.Nuriyev bildirib ki, birinci vitse-prezidentlik təsisatının hüquqi təminatlarının həyata keçirilməsi üçün müəyyən aparata malik olması vacibdir

“Mehriban xanım Əliyeva Prezident İlham Əliyev tərəfindən Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.  Birinci vitse-prezidentliyin işinin təşkili ilə bağlı müvafiq aparatın yaradılmasına ehtiyac var idi. Ona görə də “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edildi. İdarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılmasına qərar verildi. Birinci vitse-prezident dövlət qulluğunda Azərbaycan Respublikası prezidentindən sonra ikinci şəxsdir. Ona görə də təsisatın hüquqi təminatlarının həyata keçirilməsi üçün müəyyən aparata malik olması vacibdir”.

 

Milli Məclis bu gün "Dövlət qulluğu haqqında" qanuna əlavələr edib. Bu əlavələr əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.

İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.




Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.05.2017, 12:12

Ölkələr üzrə ən çox satılan avtomobil modelləri – SİYAHI

28.05.2017, 12:06

NATO PA-nın komitə iclasında Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirilib

28.05.2017, 11:58

"Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbaycan abidələrini məhv edir"

28.05.2017, 11:47

Sabahın hava PROQNOZU

28.05.2017, 11:34

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

28.05.2017, 11:07

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

28.05.2017, 10:37

Şəmkirdə yaşayış evində partlayış, xəsarət alan var

28.05.2017, 10:27

28 May İstiqlalı nədən yarandı - Cümhuriyyət qurucularının şəxsi xarakteri

28.05.2017, 10:18

Azərbaycanda üzünü dəyişdirənlər var? – Həkim, deputat və kriminalist DANIŞIR   

28.05.2017, 10:16

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

28.05.2017, 10:02

Cəsur qəlblərin azadlıq paytaxtı  

28.05.2017, 10:00

Flippində silahlılar 19 nəfəri öldürüb

28.05.2017, 09:46

Düşmən atəşkəsi 120 dəfə pozub

28.05.2017, 09:32

İftar süfrəsinin bəzəyi olan xurmanın MÖCÜZƏVİ FAYDALARI 

28.05.2017, 09:28

Bir şəklin tarixçəsi: Rəsulzadənin raportu və Osmanlı sultanının sözündə durmağı...

28.05.2017, 00:43

Daşqınlarda ölənlərin sayı artır: 122 ölü, 97 itkin

28.05.2017, 00:27

Taksi sürücüsü fırıldaqçının qurbanı oldu - VİDEO

28.05.2017, 00:16

Masallıda dava zamanı ölən məktəblinin adı bilindi - Yenilənib

28.05.2017, 00:01

Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik dövləti 100 yaşına qədəm qoydu

27.05.2017, 23:25

Füzuli meydanı ətrafında yol dairəsi ləğv edilib

27.05.2017, 23:08

Respublika Günü Milli Aviasiya Akademiyası və ADA Universitetində qeyd edildi - FOTOLAR

27.05.2017, 22:57

Rusiya təyyarələri Britaniya səmasında

27.05.2017, 22:40

Rusiyanın ən yaşlı aktrisası vəfat edib

27.05.2017, 22:24

Londonda terror təhlükəsi ...

27.05.2017, 22:10

Spirtli içki içən fəhlə yıxılıb öldü

27.05.2017, 21:54

Bərdədə güclü dolu: meyvə ağacları, taxıl zəmilərinə ziyan dəydi

27.05.2017, 21:38

NATO toplantısı Azərbaycanın təklifini qəbul etdi

27.05.2017, 21:24

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27.05.2017, 21:08

Türkiyədə güclü zəlzələ olub

27.05.2017, 20:43

Media qurumunun rəhbəri barəsində həbs qərarı verildi

27.05.2017, 20:26

Ermənistanda gömrük rəisi həbs edilib

27.05.2017, 20:16

Dolu Tovuza ciddi ziyan vurdu

27.05.2017, 20:02

Ağcabədidə 4 metr uzunluğu olan gürzə öldürülüb

27.05.2017, 19:30

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

27.05.2017, 17:55

Ötən il  təqaüd alan yaşlı və gənc yazıçıların sayı BİLİNDİ

ARXİV