Modern.az

UNESCO-da İran və  Hindistana necə qalib gəldik? - XXI əsr Azərbaycan mədəniyyəti

UNESCO-da İran və  Hindistana necə qalib gəldik? - XXI əsr Azərbaycan mədəniyyəti

25 Aprel 2017, 17:32

XXI əsrin 17-ci ilini yaşayırıq. Qoca tarix üçün qısa zaman olsa da, insan ömrü üçün az müddət deyil. Bu 17 ildə Azərbaycan mədəniyyətinin qazancı nə oldu? Mədəniyyət təbii ki, böyük məfhumdu. Hüseyn Cavidin təbirincə desək, Turana qılıncdan da kəsərli, ulu qüvvət məhz mədəniyyət olub. Odur ki, Modern.az XXI əsrin Azərbaycan mədəniyyətindən danışarkən müxtəlif sahələrə- kino, teatr, opera, balet,  musiqi, bəstəkarlıq, animasiya, rəqs, rəssamlıq, memarlıq və.s.- ayrı-ayrılıqda toxunacaq. 

Bu dəfə isə dünya mədəni irsinin qoruyucusu olan UNESCO-ya XXI əsrdə təqdim edə biləcəyimiz, onun əsas və ehtiyat siyasısına sala bildiyimiz  mədəniyyət uğurlarından danışacağıq. Həmçinin,  qurumun əsas Ümumdünya irsi siyahısı ilə yanaşı, Qeyri-maddi Mədəni İrs siyahısına da nəzər salacağıq.

 

1945-ci ildə Fransanın Paris şəhərində yaradılan  UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülh və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Bu təşkilatın siyahısında dünyanın həm maddi,  həm də mənəvi irsin qorunması əsas istiqamətlərdən sayılır. UNESCO-nun Ümumdünya irsi siyahısında dünyanın 134 ölkəsinin adı var.  

Azərbaycan bir çox maddi və qeyri-maddi mədəniyyət nümunələri UNESKO tərəfindən qeydə alınan Müvəqqəti Namizdələr siyahısındadır  və onların əsas siyahıya düşməsi gecikir.  

Azərbaycan 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memarandum imzalanıb. Amma  UNESCO ilə bağlı əsas uğurların hamısı XXI əsrdə baş tutub.  Azərbaycanın XXI əsrdə YUNESCO-nun Ümumdünya İrs siyahısına salınan tarixi abidələri bunlardı:

İçərişəhər Dövlət Qoruğu – Azərbaycan tarixi üçün yüksək əhəmiyyıətə malik olan bu tikili 2000 –ci ildə UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb. Şirvanşahlar Saray kompleksi, eləcə də Qız qalası da bu irsin tərkibindədir. 2013-cü ildə isə UNESCO İçərişəhərə Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusu verdi.  Bu statusa malik mədəni obyektlər Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokoluna qoşulan ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.    

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu – Tək Azərbaycan yox eləcə də dünya tarixində ilk insan məskənlərindən olan Qobustanın da bu ali siyahıya salınması üçün Azərbaycan bir neçə dəfə YUNESCO-ya müraciət etdi. 2004-cü ildə və ondan sonra qurumunun xüsusi ekspertlər qrupu Azərbaycana gələrək Qobustanla tanış oldular.

Təbii ki, ekspertlər qrupunun müsbət qiymətini alan Qobustan 2007-ci ildə YUNESCO Ümumdünya irsinin əsas siyahısına salındı.   

Bir neçə tarixi abidələr var ki, olar beynəlxalq qurumun əsas yox, müvəqqəti namizdələr siyahısındadırlar. Əsas irs siyahısına salınması üçün Azərbaycan tərəfindən müraciətlər edilib. İnanırıq ki, həmin abidələr ali qurumun ikinci yox, birinci dərəcəli siyahısında da qərar tutacaq.

UNESCO Ümumdünya İrsinin Müvəqqəti Namizədlər Siyahısında isə aşağıdakı tarixi abidələrin adı var. Qeyd edək ki, bu tarixi abidələr də XXI əsrdə beynəlxalq təşkilatın sıralarına qatılıb:

Şəki Xan Sarayı: 2001-ci ildə UUNESCO Ümumdünya İrsinin Müvəqqəti Namizədlər Siyahısına salınıb. Əhəmiyyət – “dünya əhəmiyyətli” kimi göstərilib və saraylar kateqoriyasında yer alıb.

Atəşgah – 1998-ci ildə adı çəkilən siyahıya əlavə edilib. Yaponiyalı K. Matsuronun baş direktor seçildiyi konfransda həm orta əsr Azərbaycan tarixinin, eləcə də uzaq Şərqin belə əsas tarixi obyektlərindən sayılan Atəşgah (Suraxanı rayonu), həm də Naxçıvan MR-da olan abidələr (“Gülüstan”qalası, Mömünə xatun, Yusif ibn Küseyr türbələri) Müvəqqəti Namizədlər siyahısına salındı.  

Bu siyahıdakı digər nümunələrimiz isə Şuşa şəhəri ilə bağlıdırŞuşa şəhərində yerləşən tarixi abidələrin, məscid və mədəniyyət ocaqlarının qorunması üçün UNESCO 2001-ci ildə siyahıya salınıb.   Daha sonra Xəzərdənizi ətrafındakı müdafiə konstruksiya obyektləri-qalalar da – 2001-ci ilin oktyabr konfransında həmin siyahıya əlavə edilib. Bir nömrə altında əlavə edilib. Həmin qalalar bunlardı: Beşbarmaq səddi, Gilgilçay səddi, Şıraqqala, Şabran qaları, Mərdəkan, Bayıl, Nardaran və Ramana qalaları  

Amma UNESCO-nun digər bir irs siyahısı var ki, burada Azərbaycanın mövqeyini qənaətbəxş saymaq olar. Heydər Əliyev Fondunun bu işdə zəhməti danılmazdı. Qeyri-maddi mədəni irs nümunələrinin namizədlik sənədlərinin hazırlanması, onların qeydiyyatının uğurla həyata keçirilməsi və ali qurum tərəfindən siyahıya alınması işlərində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyinin rolunu xüsusi qeyd etmək gərəkir.

Xüsusən də, muğamın bu siyahıya salınması XXI əsr Azərbaycan mədəniyyətinin əsas uğurlarındandır. Biz bəlkə də, bunun faydasını və xalqımız üçün önəmini sonradan dərk edəcəyik. Çünki İran, Hindistan, hətta Pakistan və Əfqanıstan kimi ölkələrin də sahiblənmək istədiyi böyük Şərq mədəni incisi olan muğamın UNESCO-da Azərbaycana aidliyi XXI əsrdə qazana biləcəyimiz əsas qələbələrdəndir.

Bu Qeyri-maddi Mədəni İrs siyahısıdır ki, orada Azərbaycanın mövqeyi get-gedə güclənir.

Azərbaycan 2006-cı ildə  Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulub.  

Hazırda “Qeyri-maddi mədəni irs siyahısında” Azərbaycana aid 6 qeyri-maddi mədəniyyət nümunəsi var:

Muğam sənəti 2003-cü ildə siyahıya əlavə olunub. Bundan sonra muğamın inkişafında xeyli irəliləyişlər hiss olunur.

Novruz bayramı və Aşıq sənəti eyni ildə 2009-cü ildə bu ali siyahıya əlavə edilib.

Xalçaçılıq sənəti 2010-cu, çövkən milli oyunu 2012-ci, kəlağayı isə 2014-cü ildə ali irs siyahısına əlavə edildi.  

Son olaraq qeydiyyata salınan irs nümunəsi isə Lahıc Misgərlik Sənətidir. 2015-ci ildə təsdiqlənən nümunə Azərbaycanın zəngin mədəni tarixinin təsdiqləyicisi rolunda çıxış etdi.


Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi