Modern.az

Gümrüdə rus hərbçisini öldürən erməni İslamı qəbul edibmiş

Gümrüdə rus hərbçisini öldürən erməni İslamı qəbul edibmiş

25 Aprel 2017, 18:09

Bir neçə gün öncə Gümrüdəki 102-c i hərbi bazada xidmət edən rusiyalı hərbçi Dmitri Yalpayevi qətlə yetirən A. Cancuqazyanın İslamı qəbul etmiş erməni olduğu üzə çıxıb.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə öz ifadələrində deyib.

“Şübhəli şəxs ilkin ifadəsində İslamı qəbul etdiyini və 19 yaşına qədər Yunanıstanda yaşadığını deyib. İslamın sünni qoluna mənsub olduğunu deyən Cancuqazyan yunan, ərəb və ingilisi dillərində də sərbəst danışa bildiyini deyib”.

 

Aprelin 22-də Gümrüdə xidmət edən 21 yaşlı Dmitri Yalpayev hərbi bazanın yaxınlığında bıçaqla qətlə yetirilmişdi.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir