Modern.az

“Bəyin oğurlanması” filmindəki Yasəmən necə “karate kraliçası” olub? (FOTOLAR)

“Bəyin oğurlanması” filmindəki Yasəmən necə “karate kraliçası” olub? (FOTOLAR)

19 Aprel 2011, 19:42

Kunf-ku üzrə Azərbaycan çempionu olan Natəvan Məmmədova hardadır?


Azərbaycanda çox populyar film olan “Bəyin oğurlanması”nın ekran həyatı çox uğurlu olub. 1986-cı ildə kinoteatrlara çıxan film tamaşaçı sayına görə rekord qırıb.  “Qaynana” filmindən sonra cəmiyyətin rəğbətini belə tez və uzunmüddətli qazanan film olaraq “Bəyin oğurlanması” adını kino tariximizə həkk edə bildi. Filmin qəhrəmanları, onların dialoqları insanlar arasında zərb-məsələ çevrilərək işlədilir... Əlbəttə, bu böyük bir yaradıcı heyətin birgə zəhmətinin məhsulu sayılmalıdır. Filmdə ən epizodik rolda çəkilən aktyorlar belə sevildi və yadda qaldı..

Xalq artisti Yaşar Nurinin məharətlə canlandırdığı İsrafilin bir qədər müasir və sevgisi uğrunda mübarizə aparan qızın məhəbbət əhvalatı sonda toyla sona çatır. Xeyli gülməli əhvalatlardan sonra...

Filmdə İsrafilin qızı Yasəməni oynayan cazibədar qızın sonrakı taleyi yəqin ki, hamını maraqlandırır. 

Modern.az Yasəmən rolunu oynayan aktrisa haqqında məlumatları oxuculara təqdim edir.

“Bəyin oğurlanması” filmində Yasəmən rolunu  Natəvan Məmmədova oynayıb. Natəvan Məmmədova 7  mart 1966-cı ildə Bakı şəhərində anadan olub. 
Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi olub. Natəvan kinoda debütünü 17 yaşında edib. O, “Azərbaycanfilm”in çəkildiyi “Park” və digər filmlərdə obrazlar yaradıb. Lakin Natəvan xanım sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb.

Maraqlıdır ki, Natəvanın həyatında idmanla da bağlı maraqlı faktlar var. Memar olan Natəvan  90-cı illərin əvvələrində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olan Natəvan bu yöndə olan yarışlara qatılaraq parlaq nəticələr əldə edib. O, 1990-cı ildə kunq-fu üzrə keçirilən Azərbyacan çempionatının bürünc mükafatını alıb.

Natəvan Məmmədova 90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır. Bu il Natəvan xanım 45 yaşı tamam olub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər