Modern.az

Bakıda 3 ev yanıb

Bakıda 3 ev yanıb

25 Aprel 2017, 18:33

Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda bir-birinə bitişik tikilmiş, vətəndaşlara məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı evin 1 otağı 15 kvadratmetr sahədə və ümumi sahəsi 36 kvadratmetr olan 2 otaqlı evin tavanı 36 kvadratmetr sahədə yanıb.

 

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı