Modern.az

Cəbhədə daha bir erməni hərbçi öldürüldü

Cəbhədə daha bir erməni hərbçi öldürüldü

Dünya

25 Aprel 2017, 20:43

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Cəbhə xəttində xidmət edən 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir. 

Xatırladaq ki, ötən gün saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi