Bakı şəhər Yasamal rayonunda intihar hadisəsi baş verib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, 7-ci Alatavada yerləşən çoxmərtəbəli binanın çardağından asılmış kişi meyiti tapılıb. Araşdırmalar nəticəsində ölən şəxsin 1956-cı il təvəllüdlü Hacıyev Rafiq Hümbətəli oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İnitharın səbəbi araşdırılır.
Modern.az