Modern.az

Müdirini qətlə yetirən mühasibin gizlətdiyi pul torbası TAPILIB

Müdirini qətlə yetirən mühasibin gizlətdiyi pul torbası TAPILIB

Aktual

25 Aprel 2017, 22:11

Tovuz rayonunda "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin filial müdiri Raya Bayramovanı qətlə yetirən şəxsin şirkətdən oğurladığı pulun yeri aşkar edilib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Vidadi Vəliyev şirkətdən oğurladığı pulun yerini deyib. Məlum olub ki, V.Vəliyev həmin pulu filial binasının yaxınlığında yerləşən köhnə tikilidə gizlədibmiş. İstintaq tədbirləri zamanı həmin əraziyə də baxış keçirilib və V.Vəliyev torbada gizlətdiyi külli miqdarda pulu, hadisəni törədərkən əynində olan qanlı paltarı həmin yerdən çıxararaq istintaqa təqdim edib. Hələlik istintaqa təqdim edilən pulun məbləği barədə açıqlama verilmir.

Xatırladaq ki, "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramova aprelin 22-də şirkətin baş mühasibi Vidadi Vəliyev tərəfindən qətlə yetirilib. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstündə törətdiyini bildirib. V.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerində dindirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı