Modern.az

Putinin dünya liderlərinə verdiyi və aldığı canlı hədiyyələr - FOTOLAR

Putinin dünya liderlərinə verdiyi və aldığı canlı hədiyyələr - FOTOLAR

Aktual

25 Aprel 2017, 22:18

Rusiya prezidenti Vladimir Putinin heyvanlara sevgisi məşhurdur.

 

Təkcə bir faktı demək kifayətdir ki, 2000-ci ildə o zamankı fövqəladə hallar naziri Sergey Şoyqu Putinə qara Labrador küçüyü, 2010-cu ildə Bolqarıstan baş naziri Boyko Borisov ona karakaçan cinsindən olan Baffi ləqəbli bolqar ovçarkasını, elə həmin il Yaponiyanın Akita perfekturasının qubernatoru tərəfindən akita-inu cinsli it hədiyyə almışdı.

 

 

Putinin atlara xüsusi sevgisinin olmasına görə 2002-ci ildə İordaniya kralı II Abdulla İbn Marufa, Hakimə və Ayziks adlı 3 cins atı ona hədiyyə etmişdilər. Bundan başqa, 2000-ci ildə Orel vilayətinin qubernatoru Yeqor Stroyev Putinə qartal, Başqırdıstan lideri Murtuza Rəhimov 2001-ci ildə axaltəkin cinsli at, Qırğızıstan lideri Əsgər Akayev isə Gülsatə adlı at hədiyyə etmişdi.

Vladimir Putin hədiyyə almaqla yanaşı, hədiyyə verməyi də xoşlayır.

 

 

2011-ci ildə Putin ona akita-inu iti göndərən Yaponiyanın Akita prefektinə cavab jesti olaraq Sbiri pişiyi hədiyyə etmişdi. Həmin Sibir pişiyi bu gün Yaponiyada böyük populyarlıq qazanıb.

 

2012-ci ildə Putin o zamankı Venesuela lideri Uqo Çavesə qara rus teryeri cinsindən olan küçük hədiyyə etmişdi. 2012-ci ilin sentybarında Rosneft şirkətinin rəhbəri İqor Seçin prezidentin hədiyyəsinin Venesuelaya gətirərək Çavesə vermişdi. Qara rus teryeri Böyük Vətən Müharibəsindən sonra “Qırmızı Ulduz” heyvan yetişdirmə mərkəzində  yaradılmış birinci dərəcəli it cinsi idi. Möhkəm və cüssəli olan qara teryerlər də akita-inu kimi baxım tələb edən itlərdəndir.

 

 

2016-cı ilin əvəllərində Vladimir Putin Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifə axaltəkin cinsindən olan Hacıbəy ləqəbli at bağışlamışdı. Bunun qarşılığında isə kraldan xüsusi sifarişlə hazırlanmış qılınc hədiyyə almışdı. Bu iki ölkə arasında energetika və qaz sahəsində əməkdaşlığın müzakirəsindən sonra baş vermişdi.

 

 

Soçidə əl-Xəliflə görüşdən sonra Putin Ryazan şəhəri yaxınlığındakı mərkəzdən xüsusi reyslə gətirilən atı ona təqdim etmişdi. Axaltəkin atları ən qədim və nadir cinsdən olduqları üçün onların qiyməti bir neçə milyon dollar təşkil edir.

 

 

Ümumiyyətlə, Bəhreyn kralı xüsusi at sevgisi ilə tanınır. 2015-ci ildə o bu həvəsinə görə ABŞ və ərəb ölkələrinin birgə sammitinə qatılmamışdı. ABŞı həmin sammitdə Barak Obama, Bəhreyn isə taxtın vəliəhdi  təmsil edirdi. Kral özü isə bunun əvəzinə Britaniyaya gedərək Vindzor kral at şousunu izləməyə getmişdi. Maraqlıdır ki, 2013-cü ildə Bəhreyn kralı kraliçaya 2 təmin cins ərəb atı hədiyyə etmişdi. Maraqlıdır ki, bu atların dəyəri çox yüksəkdir və onlar Bəhreyndən başqa kənar ölkələrdə olmur.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir