Modern.az

İlin əvvəlindən Donbasda  140 dinc sakin öldürülüb

İlin əvvəlindən Donbasda  140 dinc sakin öldürülüb

25 Aprel 2017, 22:33

“Donbasda dinc sakinlərin həyat şəraiti və təhlükəsizliyindən çox narahatıq. 2017-ci ilin əvvəlindən Donbasdakı münaqişə zonasında 140 dinc sakin həyatını itirib”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer "Valday" beynəlxalq diskussiya klubunun meydançasında çıxışı zamanı bildirib.

Baş katib vurğulayıb ki, təkcə son bir həftə ərzində müşahidəçilər təxminən dörd min atəşkəs rejimi pozuntusunu qeydə alıb: "Biz vəziyyətin pisləşdiyinin şahidi oluruq. Münaqişənin get-gedə daha çox siyasiləşdirildiyi görünür. İtkilərin artmaması üçün münaqişəin həlli vacibdir”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu