Modern.az

ABŞ Türkiyənin PKK-ya zərbələrini PİSLƏDİ

ABŞ Türkiyənin PKK-ya zərbələrini PİSLƏDİ

25 Aprel 2017, 22:42

Rəsmi Vaşinqton Türkiyə aviasiyasının Suriya və İraqdakı YPG və PKK mövqelərini bombalamasından narahat olub.

 

Modern.az xəbər verir ki, bu narahatlığı Ağ Evin rəsmi nümayəndəsi Mark Toner dilə gətirib.

 

“Biz Türkiyənin nə ABŞ, nə də beynəlxalq koalisiya ilə lazımi koordinasiya aparmadan Suriya və İraqın şimalına zərbələr endirməsindən narahatıq”.

 

 

Tonerin Ankarınn atdığı addım nəticəsində İŞİD-lə mübarizə aparan və ABŞ-ın müttəfiqlik etdiyi peşmərgə qüvvələri arasında da itkilərin olduğunu deyib.

 

 

Xatırladaq ki, Türkiyə Ordusunun Baş Qərargahı hava hücumları zamanı PKK və YPG üzvü olan 70 terrorçunun məhv edildiyini bildirmişdi.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir