Modern.az

“Sınıq Körpü”də hər hansı insident olmayıb” – Rəsmi

“Sınıq Körpü”də hər hansı insident olmayıb” – Rəsmi

Aktual

25 Aprel 2017, 23:01

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən  “Sınıq Körpü” gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində  “Sınıq Körpü” gömrük postunun əməkdaşının  xəsarət alması  barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Modern.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, “Sınıq Körpü” gömrük postunda “dispetçer” vəzifəsi yoxdur və ümumiyyətlə bu  postda Tural Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir. 

 Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə,  onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.

Qeyd edək ki, "Report" Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisinin döyüldüyü barədə məlumat yayıb. Bildirilir ki,  bu gün axşam saatlarında "Sınıq Körpü" gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir