Modern.az

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

Atasının imtina etdiyi Fransa prezidentliyinə namizəd – Marin Le Penin qalmaqallı HƏYAT YOLU

25 Aprel 2017, 23:06

Fransada aprelin 23-də keçirilən prezident seçkilərinin ilk turu aprelin 23-də başa çatdı. Bütün bülletenlərin sayılmasından sonra “İrəli” hərəkatının lideri Emmanuel Makronun səslərin 23,75% səs topladığı, onun rəqibi, ultramillətçi  Marin Le Penin 21,53%-lə 2-ci yerdə qərarlaşdığı açıqlandı.

 

Modern.az mayın 7-də Fransa prezidentlik yarışında Emmanuel Maktonla yekun mübarizəyə çıxacaq Marin Le Penin həyat yolunu təqdim edir.

 

Marin Le Pen hazırda sədri olduğu “Milli Cəbhə” partiyasının yaradıcısı Jan-Mari Le Penin qızıdır.

 

O 1968-ci il avqustun 5-də Parisdə Jan-Mari Le Penin və Pyerat Lalanin ailəsində doğulub. Anadan olarkən ona Marion Ann Perrin Le Pen adı verilmişdi. Bu zaman üçün cütlüyün artıq Mari-Karolin və Yan adlı övladları var idi. Ailə başçısı Jan Mari Le Pen valideynlərini itirdikdən sonra 14 yaşındaykən iezuit kollecində oxumuşdu.

 

Parisin Hüquq Universitetində təhsil alan Le Pen erkən yaşdan siyasətə qoşulmuş və 1956-cı ildə parlamentə üzv seçilmişdi. Eyni zamanda, Frasanın Suveyş kanalı və Əlcəzairdəki hərbi əməliyyatlarına qoşulmuşdu. Jan-Mari Le Pen miqrantlara qarşı nifrəti ilə seçilən millətçi kimi tanınırdı və övladlarını da bu ruhda böyütmüşdü.

 

 

Marinin 4 yaşı olarkən atası “Milli Cəbhə” partiyasının əsasını qoyur. Tezliklə, ailə Parisin elitar Sen-Klu məhəlləsinə köçür. Burada, onlar böyük imarətdə yaşamağa başlayırlar. Le Pen ailəsinin şəxsi sürücüləri, xidmətçiləri və mühafizə xidməti olur. Lakin ailədə vəziyyət gərgin olaraq qalırdı. Belə ki, atasının siyasi görüşlərinə görə, ona dəfələrlə sui-qəsdlər təşkil olunurdu.

 

1976-cı ildə baş verən sui-qsəd cəhdi bu günə qədər Fransa tarizində ən qanlı hücumlardan biri sayılır. 1983-cü ildə parlament seçkilərində “Mili Cəbhə” partiyası 12% səs topladıqdan sonra Le Penə qarşı güclü informasiya müharibəsi başlayır. Bu ailə münasibətlərinə də öz təsirini göstərir və 1984-cü ildə Jan-Mari Le Pen həyat yoldaşı Pyerat Lalanindən ayrılır. Onların hər 3 qızı atalarının yanında qalırlar və anaları ilə münasibətləri kəsirlər.

 

 

Martin gənc yaşlarından siyasi mühatini içində olur və buna görə yetkinlik yaşına çatdıqdan sonra siyasi proseslərə qoşulur. “Floran –Şmit de Sen Klu” liseyini bitirdikdən sonra Paris Universitetinin hüquq fakultəsinə daxil olur. Orada mülki və cinayət hüququ üzrə magistr dərəcəsi alır. 1 il sonra hüquqşünas sertifikatı alan Le Pen Parisdə vəkilliklə məşğul olur. O 6 il bu işlə məşğul olur.

 

Marin Le Penin siyasi karyerasına gəlincə, bu onun atasının yaratdığı “Milli Cəbhə” partiyası ilə bağlıdır. 1993-cü ildə 25 yaşlı Marin Le Pen aşağı palataya keçirilən seçkilərdə Parisin 16-cı dairəsindən “Milli Cəbhə”nin üzvü kimi namizəd olur. Deputat seçilməsə də seçkilərdə 3-cü yerdə qərarlaşan gənc xanım siyasətçi xeyli təcrübə toplamış olur.

 

5 il sonra o, partiyasının hüquq şöbəsinin rəhbəri təyin olunur və bundan sonra hüquqşünas fəaliyyətinə son verərək özünü siyasətə həsr edir. Elə həmən il, o, Nord-Pa-de-Kale regional şurasına üzv seçilir. Mülki işlərlə o 2004-cü ilə qədər məşğul olur.

 

2000-ci ildə “Milli Cəbhə” partiyasının Jan-Mari Le Pen qızının regional lider kimi önəmli rol oynadığını anlaraq, ona rəhbər strukturlarda vəzifə verir. Belə ki, 2003-cü ildə, o , atasının köməkçisi seçilir. Hüquqi işlərlə yanaşı, Jan Mari partiyasının piar işlərinə də rəhbərlik edir.

 

Rəhbər vəzifələrdə olarkən, Marin Le Pen Fransa parlament seçkilərində iştirak edir. 2004-cü ildə Avropa parlamentinin üzvü seçilir. Onilliyin sonuna doğru onun reytinqi sürətlə artmağa başlayır. Le Pen Enen-Bomon şəhər bələdiyyəsinin üzvü, təkrarən Nord-Pa-de-Kale regional şurasının üzvü və 2009-cu ildən isə yeni çağırış Avropa parlamentinin sosial siyasət komissiyasının üzvü seçilir.

 

“Milli Cəbhə” partiyası 1972-ci ildə yaradılmışdı. Jan-Mari Le Pen ultramillətçi sosializm quruculuğunu elan etmişdi. Əsas ideya millətçilik və Fransanın mühacir axınından qorunması idi.

 

O 2011-ci ilə qədər partiyasının əvəzsiz lideri olur, həmən il postunu qızına təhvil verir. Partiyadaxili seçkilərdə Marin Le Pen 70% səs toplayır. Partiya sədri olduqdan sonra Marin Le Pen “Milli Hərəkat” partiyasında ciddi islahatlar həyata keçirir. Atasından fərqli olaraq, Marin Le Pen miqrantlara, xüsusən ərəblərə və qaradərililərə nifrət püskürən açıqlamalar vermir, partiyanın qapılarını hər kəsə açır.

O, partiyanı “bütün irqlərdən və millətlərdən olanların partiyası” adlandırır. Miqrantlara bağlı məsələdə yumşaq mövqe sərgiləməklə yanaşı, Le Pen Fransanın Brüsseldən və Vaşinqtondan müstəqil olması, avrodan imtina və müstəqil xarici siyasətin tərəfdarı kimi çıxış edir.

 

“Milli Cəbhə” partiyasının lideri kimi 2012-ci ildə prezident seçkilərinə qatılır. O ilk turda 17,9% səs toplayaraq mübarizəni 3-cü pillədə tamamlayır.

Le Pen ailəsi 2015-ci ildə ciddi qalmaqal yaşayır. Belə ki, qaz kameralarını İkinci Dünya Müharibəsinin önəmsiz detalı adlandıran Jan-Mari Len bu sözlərinə görə, qızı tərəfindən partiyadan xaric edilir. Jan-Mariyə verilmiş partiyanın fəxri prezidenti adı da onun əlindən alınmışdı. Bundan qəzəblənən, ata Le Pen qızından imtina etdiyin və ondan soyadını dəyişməsini tələb edir. 

Bundan bir neçə ay öncə, ata Le Penin itinin nəvəsinin qızının pişiyini boğması da onlar arasında emosional gərginliyə yol açmışdı.

 

Məhkəmə müraciət edən Jan-Mari Le Pen partiyada bərpa olunmağa nail olmasa da, “Milli Cəbhə”nin fəxri prezidenti adını saxlaya bilmişdi. 

 

Marin Le Pen 2014-cü ildə Avropa parlamentində təmsil olunan zaman digər Avropa ölkələrinin millətçi partiyaları ilə əməkdaşlığa üstünlük verirdi. Bu məqsədlə o, Hollandiya, İtaliya, Belçika, Avstriya və Polşa deputatlarından ibarət “Avropa Xalqlar və Azadlıqlar” fraksiyası yaratmışdı.

 

Almaniya kansleri Angela Merkeli miqrant siyasətinə görə sərt tənqid edən fransalı siyasətçi Avropa Birliyinin də Fransanın ziyanına, Almaniya maraqlarına xidmət etdiyini bildirir. O həmçinin, ABŞ prezidenti Donald Trampı ilk təbrik edənlər olub.

 

Le Pen “Mili Cəbhə” partiyasının lideri və Fransa prezidentliyinə namizəd kimi Moskvanı Ukrayna ilə münaqişədə dəskətləyir və Krımın ilhaqını tanıyır.

Le Penin adı ilə bağlı daha bir qalmaqal isə 2010-cu ildə yaşanmışdı. Parisə küçələrində namaz qılan müsəlmanları İkinci Dünya Müharibəsində ölkəni işğal etmiş nasistlərlə müqayisə edən Le Pen bir neçə beynəlxalq təşkilat tərəfindən dini ayrı-seçkilik zəminində məhkəməyə verilmişdi. Hətta. Avropa parlamenti də onun deputat toxunulmazlığını əlindən almışdı. Lakin 2015-ci ildə məhkəmə məsələ ilə bağlı Le Penin xeyrinə qərar çıxararaq işi bağladı.

 

 

Marin Le Pen atası kimi 2 dəfə evli olub. Biznesmen Frank Şofrua ilə ilk evliliyindən  onun Janna adlı qızı (1998), Lui və Matilda adlı əkiz (1999) övladları dünyaya gəlib. Lakin siyasi karyerasının yüksəlişi ilə bağlı onun həyat yoldaşı ilə münasibətləri pozulmuşdu və 2002-ci ildə boşanma ilə nəticələnmişdi. Həmin il Marin Le Pen “Milli Cəbhə” partiyasının Pa-de-Kale regionu üzrə rəsmi nümayəndəsi Erik İorio ilə evlənmişdi. Lakin 15 ay sonra münasibətlər sona çatmışdı.

 

Marin Le Pen 2011-ci ildən partiyanın vitse-prezidenti Lui Alio ilə vətəndaş nikahında yaşayır. Buna rəğmən, onlar münasibətlərini ictimaiyyət önündə sərgiləmirlər.

174 santimetr boya malik Le Pen sağlam həyat tərzi sürür, saç düzümü və makiyajına xüsusi diqqət yetirir.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?