Modern.az

Əməliyyatlar  bütün  terrorçular məhv edilənədək davam etdiriləcək

Əməliyyatlar  bütün  terrorçular məhv edilənədək davam etdiriləcək

26 Aprel 2017, 00:07

“İraqda kürd yaraqlılarına qarşı əməliyyatdan öncə Rusiya, ABŞ və Şimali İraq Kürdüstan daxil olmaqla tərəfdaşlar məlumatlandırılıb. Türkiyə Sincarın Kürd Fəhlə Partiyası yaraqlıları üçün bazaya çevrilməsinə imkan verməyəcək”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu "Reuters"ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, İraqın şimalında yerləşən Sincar şəhərində və Şimali Suriyada əməliyyatlar bütün terrorçular məhv edilənədək davam etdiriləcək: “Biz tədbir görmək məcburiyyətindəyik. Biz bu istiqamətdə addım atmalıyıq. Biz bunu Rusiya və ABŞ-a demişik, biz, həmçinin İraqı da məlumatlandırmışıq".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi