Modern.az

Tramp daha bir rekorda imza atıb

Tramp daha bir rekorda imza atıb

Dünya

26 Aprel 2017, 00:25

ABŞ prezidenti Donald Tramp daha bir rekorda imza atıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,ABŞ administrasiyası  Donald Trampın hakimiyyətinin 100 günündə qanunlarla bağlı  rəqəmləri açıqlayıb.

Məlumata görə, Donald Tramp bu müddətdə imzaladığı fərmanların sayına görə, son 70 ildə ABŞ prezidentləri arasında liderlik edir. Belə ki, ilk 100 gündə D.Tramp 30 fərman imzalayıb (Lindon Conson 26, Harri Trumen 25 fərman imzalamışdı).

Qeyd edək ki, keçmiş prezident Barak Obama isə bu müddətdə cəmi 19 fərman imzalamışdı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir