Modern.az

76 yaşlı qadın özünü bıçaqlayıb

76 yaşlı qadın özünü bıçaqlayıb

Aktual

26 Aprel 2017, 00:43

Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində törədilib. Rayon sakini 1941-ci il təvəllüdlü İsmayılova Nadya Qəşəm qızı hər iki qolunun, sol ayağının kəsilmiş yarası xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, 76 yaşlı qadın bir müddət əvvəl yıxılaraq yuxarı bud sümüyünün sınığı xəsarəti alıb. Ev şəraitində müalicə olunan qadın ağrılara dözməyərək, bu gün bıçaqla özünə xəsarətlər yetirib. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir