“Dünya Çempionatı-2018”in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununun yeri dəyişdirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Modern.az-a verilən məlumata görə, matç əvvəlcədən xəbər verildiyi kimi, “Bakcell Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mirmahmud KAZIMOĞLU