Modern.az

23 mindək vergi ödəyicisi fəaliyyətini bərpa edib

23 mindək vergi ödəyicisi fəaliyyətini bərpa edib

26 Aprel 2017, 13:46

“Yanvar-mart ayları ərzində 22.865 vergi ödəyicisi fəaliyyətini bərpa edib”.

Modern.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov öz məqaləsində bildirib.

E.Məmmədov deyib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur:

“Eyni dövrdə 8071 və ya ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% azalıb.

Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər də «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»in alınması ilə bağlı xidmət mərkəzlərinə müraciət etdikdə sabit vergi üzrə qəbz yerindəcə hazırlanır və möhürlənərək vergi ödəyicilərinə təqdim edilir”.

Onun sözlərinə görə, bu qəbildən olan vergi ödəyiciləri ilə aparılmış məlumatlandırma işləri nəticəsində aprelin 1-nə qəbz almış vergi ödəyicilərinin sayı 953-ə çatıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır