Modern.az

Dünyanın ən gözəl əskinası seçildi – FOTO

Dünyanın ən gözəl əskinası seçildi – FOTO

26 Aprel 2017, 13:53

Beynəlxalq Əskinas Birliyi (İBNS) 2016-cı ilin ən gözl əskinasının adını elan edib. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, ilk pillə 50 İsveçrə frankını əks tdirən əskinasa verilib.

 

Yarışmada əsas kriteriyalar bədii dəyər və rəng ahəngi sayılırdı.

 

50 franklıq əskizas İsveçrədə son 20 ildə buraxılan ilk yenilənmiş pul idi. Onun hazırlanmasında ən müasir qoruyucu vasitələrdən istifadə olunub və 3 mərhələli müdafiə qurulub.

 

50 frankla yanaşı, ən gözəl əskinas adı uğrunda 2016-cı ildə dövriyyə buraxılmış min maldiv rufisi , 500 Argentina pesosu, 100 belarus rubl, 5 şotland funtu və 5 funt sterlinq mübarizə aparıb.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir