Modern.az

Taekvandoçularımız mübarizəyə qoşulur – SİYAHI

Taekvandoçularımız mübarizəyə qoşulur – SİYAHI

26 Aprel 2017, 14:11

 

Taekvando üzrə milli komandamız İslam oyunlarından öncə son yarışa qatılır. Azərbaycan Milli Taekvando Federasiyasının mətbuat xidmətindən

 

Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda milli komandamız “Dünya Taekvando Federasiyasının prezident kuboku” turnirində iştirak etmək üçün Yunanıstandadır.

 

“Taekvando idman növündə ikinci dəfə təşkil olunacaq əhəmiyyətli turnir 27-30 aprel tarixində keçiriləcək. Belə ki, bu yarışda yer tutan idmançılar arasında yeniyetmələr 21-24 sentyabrda Macarıstanın paytaxtı Budapeştdə, gənclər 2-4 noyabrda Kiprdə təşkil olunacaq Avropa çempionatına əlavə lisenziya qazanmış olacaq. Böyüklər isə 7-9 sentyabrda Belarusda keçiriləcək Avropa çempionatına əlavə lisenziya qazanmaq uğurunda mübarizə aparacaqlar.

 

“Dünya Taekvando Federasiyasının prezident kuboku” turnirində böyüklərdən ibarət milli komandamız Reza Mehmandost (kişilər) və Elnur Amanovun (qadınlar) baş məşqçiliyi altında əsas heyətlə təmsil olunacaq”.

 

Yarışlarda iştirak edəcək idmançıların tam siyahısı aşağıdakı kimdir:

 

Kişilər

 

Qaşim Məmmədov (-54 kq)

Fizam Mehdiyev (-58 kq)

Məmmədalı Quliyev, Məhəmməd Məmmədov (-63 kq)

Ayxan Tağızadə, Sina Bəhrami (-68 kq)

Səid Quliyev,Əliəsgər Əliyev (-74 kq)

Milad Herçaqani (80 kq)

Ramin Əzizov, Payam Qobadi Oğaz (-87 kq )

Radik İsayev (+87 kq)

 

Qadınlar

 

Paniz Esmailpor (-46 kq)

Gülxanım Yeşildal (-49 kq)

Paitmat Abakarova (53 kq)

Yaprak Eriş (-57 kq)

Darya Skurko (-62 kq)

Fəridə Əzizova (67 kq)

 

Məcid Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir