Modern.az

Çavuşoğlu: AŞPA-dakı bəzi deputatlar PKK-ya ciddi dəstək verirlər

 Çavuşoğlu: AŞPA-dakı bəzi deputatlar PKK-ya ciddi dəstək verirlər

26 Aprel 2017, 14:20

AŞPA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər.

 

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, rəsmi Ankara AŞPA ilə münasibətlərinə yenidən baxacaq:

 

"AŞPA-nın qalmaqallı qərarı gələcək əməkdaşlığımızı zəiflədən qərardır. Münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər. Mən bunu istəməzdim. Münasibətlərin yaxınlaşması üçün şəxsən çox səy göstərdim".

 

M.Çavuşoğlu vurğulayıb ki, Avropa ölkələrində artan irqçilik və ksenofobiya bu qurumlara da sirayət edib:

"AŞPA-dakı millət vəkillərinin bir qismi PKK terror təşkilatına ciddi dəstək verirlər".

 

Qeyd edək ki, ötən gün AŞPA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi