Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ

Parlament

26 Aprel 2017, 14:55

“Milli Məclisin yaz sessiyasının növbəti iclası mayın 2-də keçiriləcək”.

 

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. 


A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının həmin iclasının gündəliyinə 14 məsələ daxil edilib. 


Yaz sessiyasının növbəti iclasında “Azərbaycan Respublikası və Latviya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi  haqqında” sazişin təsdiqlənməsi ilə bağlı məsələ də müzakirə ediləcək.


 Gündəlikdə bir sıra qanunlara dəyişiklik və qanun layihələri müzakirəyə çıxarılacaq.  Bunlar aşağıdakılardır: 


“ Turizm haqqında” qanun layihəsi; 

 

“Diplomatik xidmət  haqqında ” qanuna dəyişiklik; 
 

 

“Pasportlar  haqqında” qanuna dəyişiklik; 

 

 “Dərman vasitələri haqqında” qanuna dəyişiklik; 

 

“Yeyinti məhsulları haqqında” qanuna dəyişiklik; 

 

Mülki Məcəlləyə dəyişiklik; 

Cinayət Məcəlləsinə dəyişiklik; 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

“Reklam  haqqında “qanuna dəyişiklik; 

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun 2-ci oxunuşda;

 

“Azərbaycan Respublikasının deputatının etik davranışı qaydaları haqqında” qanun layihəsi

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı