Modern.az

Yeni qanun layihəsi yoxsullaşma probleminin həllinə kömək edəcək

Yeni qanun layihəsi yoxsullaşma probleminin həllinə kömək edəcək

26 Aprel 2017, 15:52

Azərbaycan Respublikasının Milli Məclisinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni qanun layihəsi təqdim edilib. Bu “İşsizlikdən sığorta haqqında” qanun layihəsidir.

 

Qanun layihəsində hansı məsələlər öz əksini tapacaq?

 

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a açıqlama verib.

 

Deputat  bildirib ki, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi ilk dəfədir ki, Milli Məclisə daxil olub.

 

“Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin qəbul olunması çox vacibdir. Yeni qanun layihəsi Azərbaycanda məşğulluq və yoxsullaşma probleminin həllinə kömək edəcək. Xüsusən də iş axtaran şəxslərin işləyənə qədər müddətdə sosial təminatlarının həyata keçirilməsi üçün belə bir sığortanın olmağı çox vacibdir”.

 

Deputat deyib ki, qanun layihəsinin əsas konsepsiyası bundan ibarətdir ki,  işsiz insanların sosial təminatı yeni yaradılacaq sosial sığorta fondunun hesabına həyata keçirilsin.

 

“Yəni işləyən müddətdə hər bir insan həmin fonda sığorta haqları ödəməlidir ki, işsiz olan vətəndaşların sosial müdafiəsi bu şəkildə təmin olunsun. İşləməyən vətəndaşlara veriləcək pulun məbləği isə hələ ki, bəlli deyil. Bununla da dövlət büdcəsi də bu yükdən azad olacaq. Hər halda yeni qanun layihəsi vətəndaşların sosial təminatlarının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

 

 Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır