Modern.az

“Əmək haqları 1 manat artırıldı” kimi təqdimatlar yanlışdır

“Əmək haqları 1 manat artırıldı” kimi təqdimatlar yanlışdır

26 Aprel 2017, 16:17

Nazirlər Kabinetinin  “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişiklik  edilməsi barədə” 21 aprel 2017-ci il tarixli 161 nömrəli qərarı ilə bağlı məlumat verilərkən bir sıra mətbu orqanlarda bunun “əmək haqlarının 1 manat artırılması” kimi anlaşılması və təqdim edilməsi yanlışdır.

Bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən, minimum əmək haqqının məbləği Azərbaycan Prezidenti tərəfindən müəyyən edilir və  Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.


“Məcəllənin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən isə respublikanın büdcədən maliyyələşdirilən müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda isə respublikamızda muzdlu işçilərin 40 faizindən çoxu büdcədən maliyyələşdirilən sahələrdə çalışır”.


Şöbə müdiri əlavə edib ki, Prezidentin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli sərəncamı ilə imzalanmış və minimum əmək haqqının məbləği 2017-ci ilin əvvəlindən 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib.  

“Bununla bağlı olaraq, Nazirlər Kabineti 21 aprel 2017-ci il tarixli 161 nömrəli Qərarla 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə uyğunlaşdırılmasını, yəni bu Qərarın 5 nömrəli əlavəsi olan “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”ndə dəyişiklik edərək, həmin işçilərin minimum vəzifə maaşlarının  müəyyən olunmuş minimum əmək haqqı səviyyəsindən aşağı olmamasını uyğunlaşdırılmaqla təmin etmişdir: “Göründüyü kimi, qeyd olunan qərar sadəcə olaraq, Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğunlaşdırılması məqsədinə xidmət edir. Onu da bildirirəm ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə respublikamızda dövrü olaraq minimum aylıq əmək haqqının artırılması həyata keçirilir. Son on il ərzində minimum əməkhaqqının məbləği 3,5 dəfə artırılmış, nəticədə  ölkə üzrə orta aylıq əməkhaqqı da 3,3 dəfə artmışdır”.

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı