Modern.az

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26 Aprel 2017, 18:00

Aprelin 26-da Azərbaycan Dillər Universitetində (ADU)Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadəuniversitetin tələbələri ilə görüşüb.

 

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev tədbirin2017-2018-ci tədris ilində SABAH qruplarında təhsil alacaq tələbələri məlumatlandırmaq və onları seçim prosesi haqqında təlimatlandırmaq məqsədi daşıdığını bildirib. Ə.AbdullayevuniversitetinSABAH qruplarında ingilis dili müəllimliyi və tərcümə (ingilis dili üzrə) ixtisasları üzrə 183 tələbənin təhsil aldığını qeyd edib. O, həmin tələbələrdən 53 nəfərinin imtahan verərək SABAH-ın ilk məzunları kimi tarixə düşəcəyini sözlərinə əlavə edib. “SABAH-da təhsil almaq böyük imkanlara yol açır”-deyən professor bu qruplarda tədrisin keyfiyyətinin, müəllimlərin bilik və bacarıqlarının digər qruplardan fərqləndiyini vurğulayıb.

 

Ş.SeyidzadəSABAH qruplarınınali təhsilin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin formalaşdırılması məqsədiilə 2014/2015-ci tədris ilindən etibarən yaradıldığını bildirib. O, daha sonraSABAH-ın üstünlükləri, SABAH qruplarına qəbul qaydaları, tədrisdə və tədrisdənkənar imkanlar barədə təqdimatla çıxış edib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi