Modern.az

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

26 Aprel 2017, 19:30

"Abşeron" Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb. Modern.az xəbər verir ki, bu barədə redaksiyamıza bir qrup şəhərcik sakini məlumat verib. Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından komplkesə qazın çəkilməsi işi başlanılsa da, dünən işlər dayandılıb: "İki -üç ay müddətində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi.  Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik".

Sakinlər onu da diqqətə çatdırırblar ki, soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur: "Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”. Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçrilib. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar.

Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Dərdimizə çarə tapılmır. Qış aylarında camaat soyuqdan "qırılır".

Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Mərkəzi istilik sistemi də yoxdur. Evlərimizi "kondisioner" və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq. Bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq".

Sakinlər bu həftə sonu şəhərcikdə geniş tərkibli etiraz aksiyası keçirəcəklərini və Bakı - Sumqayıt yolunu bağlayacaqlarını deyiblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır