Modern.az

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

26 Aprel 2017, 22:06

BMT-nin Təhlükəsizlik Şurası yanında monitorinq qrupunun rəhbəri Hans-Yakob Şindler İŞİD və Əl Qaidə-nin fərqli cəhətləri barədə danışıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomat 2 cəhəti önə çəkib.

 

“İŞİD-in rəhbərinin Əbu Bəkr-əl Bağdadi, Əl Qaidəyə isə Ayman əl-Zəvahirinin başçılıq etməsi önəmli fərqdir. İkinci cəhət isə onların ideologiyası ilə bağlıdır. Əl Qaidə dünya xilafəti yaratmaq istəyir lakin bunu tədricən həyata keçirməyi planlaşdırır. İŞİD isə bu xilafəti elə indi, bu günlərdə qurmağı hədəfləyib”.

 

Şindler İŞİD-i daha enerjili və ambisiyalı terror təşkilatı adlandırıb.

 

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər