Modern.az

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI      

26 Aprel 2017, 22:42

Bir çox məşhurlar həyatları boyunca populyarlığın onlara verdiyi üstünlüklərdən faydalanaraq çılğın həyat tərzi sürmüş, çoxsaylı sevgi münasibətlərində olub. Onların bəziləri bu gənclik enerjisini qoca yaşlarına qədər saxlayıb.

 

Modern.az qoca yaşda yenidən sevgi yaşayan, aktiv həyatı sürən məşhurların siyahısını təqdim edir.

 

Əfsanəvi fransız yazıçısı, “Səfillər” və “Paris Noterdam Kilsəsi” romanlarının müəllifi Viktor Hüqo bütün ömrü boyu qadınlar arasında seksual planda populyar olub. O çox vaxt bir neçə məşuqə ilə əlaqədə saxlayıb.

 

Yazıçı 70 yaşında yenidən vurulur. 22 yaşlı Blanş Lanvenə vurulan yazıçı hər səhər nahardan sonra ona baş çəkirdi. Yazıçının əlyazmalarına əsasən, 83 yaşlı Hüqo gündə 8 dəfə sekslə məşğul olurdu.

 

 

Ferdinand Lesseps Suveyş kanalını inşa etdirən şəxs kimi tarixə düşüb. Memar ikinci evliliyini 64 yaşında kübar cəmiyyətin şənliyində tanış olduğu 22 yaşlı Liza-Yelena de Braqarla qıymışdı. Lesseps bunu ilk baxışdan sevgi adlandırmışdı.

40 illik yaş fərqinə baxmayaraq onların 6 övladı və 6 qızı doğulmuşdu. Maraqlıdır ki, onun sonuncu qızı 80 yaşını keçdikdən sonra doğulmuşdu.

 

 

Mao Tsezdun Çin kommunistlərinin lideri kimi gənc yaşlarında da partiyanın xanım üzvləri ilə münasibətlərdə olurdu. Qoca yaşlarında gənclik əyləncəsi ciddi asılılığa çevrilmişdi. Mao 78 yaşı olarkən hökumət qatarında bələdçilik edən 18 yaşlı qızla vətəndaş nikahında yaşayırdı.

 

Böyük Britaniyanın baş naziri Lord Palmerston yüksək postu ilə yanaşı, çoxsaylı uşaqları, sevgi əlaqələri ilə məşhur idi. Onun təsadüfi münasibətlərdən doğulan uşaqları Londonun ən dəbdəbəli malikanələrində yaşayırdı. O 1862-ci ildə 79 yaşında ikən boşanma ilə bağlı məhkəmə prosesində tərəf kimi iştirak etmişdi.

 

 

Bertran Rassel dahi filosof və riyaziyyatçı olmaqla, bərabər çoxsaylı nikahları ilə məşhur idi. 4 dəfə evli olan Rassel 80 sonuncu nikahını 80 yaşı olarkən qıymışdı.

 

 

Herbert Uells fantastika janrında əsərlər yazmaqla bərabər özündən dəfələrlə gənc xanımlara da meyl salırdı. Onun hər iki həyat yoldaşı özündən 30 yaş kiçik idi. Paralel olaraq, onun başqa qadınlarla da əlaqəsi olub. Orson Uelsin sonuncu məşuqəsi 31 yaşlı Mura Budberq idi. 68 yaşlı yazıçı ömrünün sonuna qədər onunla bir yaşayıb.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir