Modern.az

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

Dünya

26 Aprel 2017, 22:40

Bu ilin əvvəlindən Avropanın 14 ölkəsində qızılca epidemiyası barədə xəbərdarlıq edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək ən çox xəstə Rumıniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə ölüm hallarının da qeydə alındığı məlumat verilib.

Qızılca epidemiyası Avstriya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, Portuqaliya, İslandiya, İspaniya və İsveçrədə qeydə alınıb.

Mütəxəssislərin qənaətinə görə, xəstəliyin yayılmasına səbəb əhali arasında peyvənd olunanların azalmasıdır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir