Modern.az

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26 Aprel 2017, 23:10

Rusiyadakı 2018-ci il dünya çempionatında videotəkrar sistemindən istifadə olunacaq. Modern.az xarici mediaya istinadən bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.

Canni İnfantino videotəkrardan yalnız müsbət fikirlər eşitdikləri üçün yararlanacaqlarını vurğulayıb. Bunadək İnfantino Konfederasiyalar Kubokunda da eyni yeniliyin tətbiq ediləcəyini söyləyib.

Qeyd edək ki, 2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI