Modern.az

Rusiyada 12 terrorçu saxlanıldı

Rusiyada 12 terrorçu saxlanıldı

27 Aprel 2017, 00:29

Rusiyanın Kalininqrad əyalətində “İslami cihad – mücahid camaatı” qruplaşmasının 12 üzvü xüsusi təyinatlı qüvvələr tərəfindən yaxalanıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, terrorçuların hücrəsinə təşkil edilən xüsusi əməliyyat nəticəsində “İslami-cihad – mücahid camaatı” qruplaşmasının Mərkəzi Asiya respublikalarından olan 12 üzvü yaxalanıb.

Xəbərdə o da qeyd edilib ki, hücrənin lideri ekstermist xarakterli cinayətlərə görə Özbəkistan hüquq-mühafizə orqanlarının axtarışındadır.

Qeyd edək ki, FTX ötən gün Saxalində terror törətməyə hazırlaşan iki terrorçunu ifşa etmişdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!