Modern.az

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27 Aprel 2017, 01:22

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Avropa ölkələrindən birində görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti hər iki ölkədəki mənbələrinə istinadən məlumat alıb.

 

Qəzet qeyd edir ki, tərəflər iyulda G20-nin Hamburq sammitinə qədər görüşməyi müzakirə edir. Görüşün mayın sonlarında Avropa ölkələrindən birində keçirilməsi planlaşdırılır.

 

Trampın mayın 25-27 tarixlərində G7 zirvəsində iştirak üçün İtaliyanın Taorminu şəhərində olacağı və səfər vaşa çatandan sonra Putinlə görüşmək üçün daha bir Avropa ölkəsinə gedəcəyi bildirilir.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir