23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Azərbaycanda ilk - 30 günə tikilən modul məktəblərdən REPORTAJ-FOTOLAR
Azərbaycanda ilk - 30 günə tikilən modul məktəblərdən REPORTAJ-FOTOLAR +
27.04.2017, 12:12


Aprelin 26-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı və Göyçay rayonlarına mediatur təşkil edilib.

 

Modern.az xəbər verir ki, mediatur zamanı İsmayıllı və Göyçay rayonlarında inşa edilən modul tipli məktəblər məktəblər barədə məlumat verilib.

 

İlk səfər İsmayıllı rayonu Yenikənd kəndində inşa edilən modul Yenikənd ümumi orta məktəbindən başladı. Qeyd edək ki, dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşən bu kəndin 150 nəfərə yaxın əhalisi var. Kənddə yerləşən köhnə məktəb təhsil üçün yararsız vəziyyətə düşdüyü üçün burada müasir standartlara uyğun modul tipli məktəb inşa edilib. Əhali yeni məktəbin tikilməsi böyük sevinclə qarşılayıb.

Məktəbə daxil olduğumuz zaman siniflərin hər birində dərslərin keçirildiyinin şahidi olduq. Siniflərin birində ingilis dili, digərində isə ədəbiyyat dərsləri keçirilirdi.

 

Yenikənd ümumi orta məktəbinin direktoru Gülağa Abbaslı məktəb haqqında məlumat verərək bildirdi  ki, kənddə yeni modul tipli məktəbin quraşdırılması burda yaşayan əhalinin sevincinə səbəb olub.


“Uzun müddət 1950-ci ildə inşa edilmiş köhnə, uçuq binada fəaliyyət göstərmişik. Quraşdırılan modul tipli məktəbə görə çox sevicliyik. Şagirlərimizin yüksək keyfiyyətli təhsil alması üçün hərbir şərait yaradılıb.  Məktəbimizdə 9 şagird təhsil alır, cavan ailələr kəndə qayıtdığı üçün şagirdlərin sayının  artacağına inanırıq. Təhsil ocağında ixtisas müəllimlərinin hamısı təmin olunub, şagirdlərin təhsili ilə 7 müəllim məşğul olur. Modul tipli məktəbimiz 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.  Məktəb istilik sistemi və digər avadanlıqlarla təciz olunub. Bizim üzərimizə düşən vəzifə şagirdlərimizi yüksək səviyyəli tədrislə təmin etməkdir. Yaradılan şəraitə aidiyyəti şəxlərə təşəkkür edirik”.

 

Məktəbin ədəbiyyat müəllimi Laçın Məhərrəmova şagirdlərin bilik səviyyəsindən razı olduğunu dedi:

“Şuşa rayonu işğal olunandan sonra bu məktəbdə ədəbiyyat müəlliməsi olaraq işləyirəm. Ucraq kənd  olmasına baxmayaraq, şagirdlərimiz çox çalışqandır, heç bir şagird dərsdən qalmır. Məktəbimizi bitirən şagirdlərdən ölkənin qabaqcıl universitetlərinə qəbul olub yüksək nailiyyətlər əldə edənlər var. Havanın soyuq, yağışlı olmasına baxmayaraq, dərslərimizdə heç bir problem yaranmayıb. Yeni qurulan məktəb çox gözəldir. Arzu edirəm ki, Şuşa düşmən işğalından azad olunsun, orada da belə gözəl məktəblər tikilsin. Yəni bu məktəbi verək yeni gələnlərə, biz də öz Şuşamıza qayıdaq”.

 

Kənd sakini Şakir Həkimov bildirdi ki, yeni məktəbin istifadəyə verilməsi digər problemlərin açarı olacaq.

 

“Məktəbin tikilməsi çox sevindiricidir. Mənim də nəvələrim var, onlarda gələckdə uzağa getmədən öz kəndimizdə rahat təhsil ala biləcəklər. Məktəb köhnə tikilidə olanda bir çox valideyn övladını təhsildən yayındırırdı və ya başqa məktəblərə göndərirdi”.

 

Məktəbin 2-ci sinif şagirdi Jalə Bəbirova yeni məktəbi çox bəyəndiyini deyib.

“Köhnə məktəbimiz soyuq olurdu, yeni məktəb çox yaxşıdı. Dərslərimi yaxşı oxuyuram, böyüyəndə həkim olmaq istəyirəm”.

 

Daha sonra səfərimiz Göyçay rayonunun  Yeniarx kənd tam orta məktəbinin Hacağabəyli kənd sinif komplektində davam etdi. Hacağabəyli kənd sinif komplekti də modul tipli binadır.

 

 

Yeniarx kənd orta məktəbinin Hacağabəyli kənd sinif komplektinin direktoru Ayaz Babayev məktəb haqqında məlumat verərək bildirdi ki, əvvəl burada köhnə bina bir otaq var idi.

“Sinif komplektində ibtidai sinif üzrə 16 müəllim şagird təhsil alır. İkisi əsas olmaqla 4 müəllim heyəti var:  riyaziyyat, ana dili, texnologiya, musiqi, təsviri incəsənət, həyat bilgisi dərsləri ilə iki müəllim məşğul olur, digər iki müəllim isə həftədə 1 saat olmaqla informatika və xarici dil dərsi keçirlər. Sinif komplektində birinci sinifdən 4-cü sinfə qədər olan şagirdlər bir otaqda təhsil alırlar. Bunun bəzı problemləri ola bilər. Əgər şagirdlərin sayı imkan versə, məktəb statusu verilərsə, iki komplekt sinif etmək olar, 1-3, 2-4-cü siniflər komplektləşə bilər. İbtidai sinfi burada bitirən şagirdlər təhsillərinin qalan hissəsini qonşu Yeniarx kənd tam orta məktəbində davam edirlər. Etiraf edim ki, bu günə qədər şəraitimizin pis olması səbəbindən şagirdlərimizin təhsil səviyyəsi ürəkaçan deyildi. Amma bundan sonra şagirdlərimizin bilik səviyyəsinin artacağına inanırıq. Kəndimizdə belə gözəl məktəbin inşa edilməsi kənd sakinlərinin sevincinə səbəb olub. Yaradılan şəraitə görə dövlətimizə təşəkkür edirik”.

 

Sinif komplektinin müəlliməsi Nəzakət Həmidova əvvəllər çətinliklər çəkdiklərini dedi:

“Artıq 1 aya yaxındır ki, yeni məktəbdə dərs keçirik. Komplekt sinif olduğu üçün 1-ci sinifdən 4-cü sinfə qədər olan şagirdlərə birgə dərs keçirik. 1-ci sinfə 2 şagird, 2-ci sinfə 4 şagird, 3-cü sinif üçün 4 şagird, 4-cü sinif üçün 5 şagirdimiz var. Təbii ki, belə şəkildə dərs keçməyin çətinlikləri var, şagirdlərimizə yaxşı təhsil vermək üçün əlimizdən gələni edirik. Əvvəllər qaranlıq, heç bir şəraiti olmayan otaqda dərs keçirdik, otaqlardan üfunət iyi gəlirdi. Bu gün belə bir şəraitdə dərs keçdiyimiz üçün sevinirik”.

 

3-cü sinif şagirdi Nigar Xasiyeva, böyüyəndə Azərbaycan dili müəllimi olmaq istədiyini bildirdi:

“Yeni məktəbdə bizim üçün çox yaxşı şərait yaradılıb. Əvvəl sinifdən çox pis qoxu gəlirdi, işıq yanmırdı, soyuq olanda sinifdə otura bilmirdik bütün bunlar da bizim təhsilimizə pis təsir edirdi”.

 

Təhsil Nazirlyinin Tikinti Təhcizat idarəsinin rəis müavini Fərxan Əliyev bildirdi ki, modul tipli məktəblərə ehtiyac var idi.

“Aparılan monitorinqlərə görə qəzalı vəziyyətdə olan və şagirdlərinin sayı 100 nəfərdən az olan 232 məktəb var. Dünya təcrübəsindən yararlanaraq qəzalı məktəblərin modul tipli məktəblərlə əvəz olunması üçün İsmayıllı rayonu Yenikənd ümumi orta məktəbi və Göyçay rayonu Yeniarx kənd orta məktəbinin Hacağabəyli kənd sinif komplektində pilot layihə həyata keçirildi. Modul tipli məktəblərin quraşdırılması 30 gün ərzində başa gəlir”.

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, İsmayıllı rayonu Yenikənd kəndində tikilən modul tipli məktəb Azərbaycanda ilkdir. 

"Kəndin əhalisinin sayı çox deyil. Yəni təxminən burada 100-ə qədər insan yaşayır və 9 şagird var. Ona görə də kənddə az komplektli, bu cür modul məktəbin tikintisi planlaşdırılıb. Burada əsas məqam ondan ibarətdir ki, məktəblərin tikintisində yerli materiallardan istifadə olunub. Kəndin relyefi kifayət qədər nahamardır və burada modul tipli məktəbin tikintisi daha məqsədəuyğun hesab olunub. Hacağabəyli kənd sinif komplekti ilə də tanış oldunuz, oradakı şəraiti də gördünüz. Zaman keçdikcə bu məktəblərin digər ehtiyacları da ödəniləcək".

 

Xatırladaq ki, ötən ilin oktyabr ayında regionların sosial-iqtisadi inkişafına dair iclasda Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 məktəb təhvil verilib. Bu illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. Məlumata görə, may ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, modul tipli məktəblər sinif və müəllimlər otağı, sanitar qovşaq, istilik sistemi ilə təmin edilib. Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.

 

Qafar Ağayev


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
151 dövlət əmlakı özəlləşdirilir
23.07.2018, 19:40

151 dövlət əmlakı özəlləşdirilir

Gömrük Komitəsi Türkiyə vətəndaşının iddialarına cavab verdi
23.07.2018, 19:25

Gömrük Komitəsi Türkiyə vətəndaşının iddialarına cavab verdi

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu
23.07.2018, 19:19

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
23.07.2018, 19:09

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

Vaqif Dərgahlı: “Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”
23.07.2018, 18:59

Vaqif Dərgahlı: “Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”

Latviyada “Azərbaycan Ticarət Evi” açıldı
23.07.2018, 18:39

Latviyada “Azərbaycan Ticarət Evi” açıldı

Çavuşoğlu sabah Bakıya gəlir
23.07.2018, 18:29

Çavuşoğlu sabah Bakıya gəlir

Bolqarıstanla Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi
23.07.2018, 18:18

Bolqarıstanla Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi

Prezident yol tikintisinə 7.5 milyon manat ayırdı
23.07.2018, 18:12

Prezident yol tikintisinə 7.5 milyon manat ayırdı

Müdafiə Nazirliyi Tonoyanı biabır etdi
23.07.2018, 18:09

Müdafiə Nazirliyi Tonoyanı biabır etdi

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 18:07

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldi

Paşinyan Putinə telefon zəngi etdi
23.07.2018, 18:00

Paşinyan Putinə telefon zəngi etdi

"Azərbaycanda dini və məzhəb ayrıseçkiliyinə yol verilmir" - Allahşükür Paşazadə
23.07.2018, 17:57

"Azərbaycanda dini və məzhəb ayrıseçkiliyinə yol verilmir" - Allahşükür Paşazadə

Bakıda daha bir piyada ÖLÜMÜ
23.07.2018, 17:46

Bakıda daha bir piyada ÖLÜMÜ

 …“Ruhlar şəhəri” yolumuzu gözləyir                                         
23.07.2018, 17:37

 …“Ruhlar şəhəri” yolumuzu gözləyir                                         

“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anılıb
23.07.2018, 17:16

“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
23.07.2018, 17:09

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi AÇIQLAMA   
23.07.2018, 17:04

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi AÇIQLAMA  

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ
23.07.2018, 16:55

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ

“Trampın Putinlə görüşməsi tarixi səhv idi”
23.07.2018, 16:51

“Trampın Putinlə görüşməsi tarixi səhv idi”

Yasamalda ağacları kimlər qurudurlar?.. - AÇIQLAMA
23.07.2018, 16:37

Yasamalda ağacları kimlər qurudurlar?.. - AÇIQLAMA

Fidan Məmmədova Azərbaycanı təmsil etdi
23.07.2018, 16:16

Fidan Məmmədova Azərbaycanı təmsil etdi

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov   
23.07.2018, 16:10

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov  

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq
23.07.2018, 15:57

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB
23.07.2018, 15:37

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı   
23.07.2018, 15:33

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı  

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB
23.07.2018, 15:28

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 15:21

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib
23.07.2018, 14:56

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO
23.07.2018, 14:53

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI   
23.07.2018, 14:51

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI  

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda
23.07.2018, 14:50

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var
23.07.2018, 14:50

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...   
23.07.2018, 14:36

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...  

23.07.2018, 14:35

"Qarabağ"ın potensial rəqibləri məlum oldu

ARXİV